Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb
Far.Az xəbər saytı

Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb


Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı və kino sahəsində əməkdaşlığı üçün bir sıra təkliflər irəli sürüb.

"Far.Az"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, 6-cı "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivəsində keçirilən kino zirvəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Kino Agentliyi nəzdində fəaliyyət göstərən Nizami Kino Mərkəzinin direktoru Turan Məmmədli Türk dövlətlərinin kino sahəsində birgə istehsala diqqətini artırmağın vacibliyini bildirib.

O, kino sahəsində birgə tədbirlərin təşkili və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin, eləcə də ortaq film layihələrinin maliyyələşdirilməsi üçün birgə fondun yaradılmasının zəruriliyini vurğulayıb:

"Həmçinin hesab edirik ki, Türk dövlətləri arasında birgə peşəkar təlim proqramlarının təşkili və kino mütəxəssislərinin qarşılıqlı mübadiləsi, birgə istehsal olunan film layihələrinin sayının artırılması kino sahəsində perspektivimizi artıra bilər".

T.Məmmədli türkdilli uşaq auditoriyası üçün birgə animasiya layihələrinin istehsalının da mümkünlüyünü ifadə edib:

"Bu müstəvidə beynəlxalq film marketlərində birgə stendlərin qurulması və ortaq təmsilçiliyin təmin edilməsi də vacibdir".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakı bulvarında Çay Festivalı keçirilir
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər