AMB sədri: "Fiziki şəxslərin manatla əmanətləri son iki il yarımda 89 % artıb"
Far.Az xəbər saytı

AMB sədri: "Fiziki şəxslərin manatla əmanətləri son iki il yarımda 89 % artıb"


Azərbaycanda əmanətçilərin sayı iki dəfədən çox artıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, unikal əmanətçilərin sayında, eləcə də depozit portfellərində müsbət dinamika izlənilir:

"Səhv etmirəmsə, son iki il yarım ərzində fiziki şəxslərin manatla depozitləri 89 % artıb. Faktiki olaraq, iki qat artımdan söhbət gedir. 2021-ci il ilə müqayisədə isə bu rəqəm iki dəfə böyüyüb. Əmanətçilərin sayı da iki dəfədən çox çoxalıb.

Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayının sonunda əmanətçilərin sayı 106 min təşkil edirdisə, hazırda bu rəqəm 227 minə yaxın səviyyədədir. Artıq bu göstəricini ayrıca təhlil etmirik. Bu, bizim üçün gözlənilməz deyil, sadəcə artım tempini monitorinq edirik. Cari il ərzində artım, görünür, 20-22 % həddindədir. Xüsusən, artım 100 min manatadək deyil, 30 min manatadək olan depozitlər üzrə müşahidə edilir".

Oxşar xəbərlər

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ
Azərbaycan banklarında unikal əmanətçilərin sayında kəskin artımın səbəbləri açıqlanıb - EKSKLÜZİV
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər