Azərbaycan banklarında unikal əmanətçilərin sayında kəskin artımın səbəbləri açıqlanıb - EKSKLÜZİV
Ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41 % artaraq 150,5 min nəfərə çatıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.
"Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6 %-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir", - AMB qeyd edir.
Unikal əmanətçilər kimlərdir?
Bank sektorunda “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir, Mərkəzi Bankdan bildirilib.
Unikal əmanətçilərin sayının artmasının gəlincə, AMB bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur.
Mərkəzi Bank vurğulayır ki, faiz kanalının ötürücülüyünü artırmaq istiqamətində atılan addımlar əmanətlərə marağı yüksəldib. Bununla yanaşı, milli valyutada olan əmanətlər üzrə tətbiq edilən vergi güzəştləri əhalini vəsaitlərini banklarda yerləşdirməyə həvəsləndirib. Əmanətlərin artımına, həmçinin xüsusilə xırda məbləğli əmanətçilər üçün risklərin azalması səbəb olub.
Bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb













