Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Far.Az xəbər saytı

Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib


Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) növbətçi "MiQ-29" qırıcı təyyarələri partlayış təhlükəsi barədə məlumat almış 2 sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət edib.

"Report" Bolqarıstanın NOVA telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Üçüncü "Qraf İqnatiyevo" aviabazasının "MiQ-29" qırıcı təyyarələri göyərtəsində partlayıcı qurğuların olması barədə məlumat daxil olan sərnişin təyyarələrini Bolqarıstanın hava məkanında müşayiət ediblər. HHQ ekipajları hava məkanına nəzarət və onun mühafizəsi üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq bütün nəzərdə tutulmuş prosedurları uğurla yerinə yetiriblər", - nazirliyin məlumatında bildirilib.

Təyyarələr London və Brüsseldən yola düşmüşdü. Sofiyadakı Vasil Levski adına hava limanında eniş etdikdən sonra hər iki təyyarə sərhəd polisi əməkdaşları tərəfindən yoxlanılıb və şübhəli əşyalar aşkarlanmayıb.

Qeyd olunub ki, təyyarələrin müşayiət olunması NATO-nun hava məkanının mühafizəsi üzrə "Air Policing" missiyası çərçivəsində həyata keçirilib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
HUAWEI nova 13 və HUAWEI nova 13i - Öz Üslubunu Yarat
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər