Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Far.Az xəbər saytı

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib


Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub.

"Far.Az" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb.

Alov ümumi sahəsi 4 min kvadratmetrdən çox olan və içərisində 4 min tondan artıq kartof saxlanılan dörd anbarı məhv edib. Yanğınsöndürənlərin qiymətləndirmələrinə görə, alovun tam söndürülməsi üçün bir neçə gün lazım olacaq. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi toxumluq kartof ehtiyatlarının bərpası üzrə tədbirləri müzakirə etmək üçün təcili iclas çağırıb. İlkin qiymətləndirmələrə görə, proses bir neçə il çəkə bilər.

"Yle" qeyd edib ki, Avropada toxumluq kartof istehsalının yüksək konsentrasiyasına malik cəmi dörd region mövcuddur. Finlandiyadan başqa, onlar Azor adalarında, İrlandiyada və Almaniyada yerləşir.

Finlandiya Qida İdarəsinin rəhbəri Hanna Kortemaa xəbərdarlıq edib ki, yanğının fəsadları yaxın illərdə Avropa kartof bazarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər