Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
Far.Az xəbər saytı

Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub


Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

"Far.Az" xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub.

Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl, ABŞ gimnastı Kaden Brown isə bürünc medala sahib olub.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.

Oxşar xəbərlər

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər