"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.
Şənliyin ən yaddaqalan məqamlarından biri uşaqların hazırladıqları rəngarəng bayram proqramı olub. Onların çıxışları, əl işlərindən ibarət yaradıcılıq nümunələri və səmimi təqdimatları qonaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Çin tərəfindən mərkəzə hədiyyə olunan avadanlıqların təqdimatı isə mərasimin mühüm hissəsini təşkil edib. Yeni avadanlıqlar mərkəzin maddi-texniki imkanlarının genişləndirilməsinə, uşaqların gündəlik qayğısı üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
Hər bir uşağın eşidildiyi, anlaşıldığı, sevildiyi və özünü təhlükəsiz hiss etdiyi mühitin yaradılması dövlətimizin uşaq siyasətinin və sağlam cəmiyyət quruculuğunun əsas istiqamətlərindəndir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













