AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Far.Az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.
İclasda Misli Premyer Liqasında 10-cu turunun bəzi oyunlarındakı qayda pozuntularına dair qərarlar verilib.
"Turan Tovuz"– "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Turan Tovuz" komandası 2500 manat cərimə edilib. Həmin matçda "Sabah"da 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
"Qəbələ"– "Qarabağ" oyununda "Zona 1" ərazisində kənar şəxslər olduğuna görə "Qəbələ" klubu 1000 manat cərimə edilib.
Görüşdə "Qarabağ"ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə "Qarabağ" komandası 1500 manat cərimə edilib.
Oyun bitdikdən sonra "Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 3000 manat cərimə olunub.
"Şamaxı"– "Neftçi" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə "Şamaxı" klubu 2500 manat cərimə edilib. Oyunda "Neftçi"nin fotoqrafı tərəfindən yarışın Əsasnaməsinin tələbləri pozulduğuna görə "Neftçi" 500 manat cərimə edilib.
"Sumqayıt"– "Şəfa" oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün "Şəfa" 700 manat cərimə edilib.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib













