Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI
Far.Az xəbər saytı

Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI


Payız aylarında soyuq havada idmanla məşğul olarkən ürək sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, tibb elmləri namizədi Elvira Xaçirova idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmə hərəkətləri etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, isinmə zamanı nəbz tədricən artırılmalıdır. Bu, stenokardiya tutması, ürək ritminin pozulması və hipertenziv kriz riskini azaltmağa kömək edir.

Həkim soyuq havada ən təhlükəsiz fiziki fəaliyyət növləri kimi sürətli yerişi, hovuzda üzməyi, xizək sürməyi qeyd edib.

Xaçirova məşq zamanı sinədə ağrı və ya narahatlıq, soyuq tər və ürək döyüntüsündə pozulma hiss edildikdə idmanı dərhal dayandırmağın vacib olduğunu vurğulayıb.

O, həmçinin soyuq havada qat-qat geyinməyi və idman üçün günün əsasən günorta saatlarını seçməyi məsləhət görüb.

Qeyd edək ki, mütəxəssislər xüsusilə payız və qış aylarında fiziki aktivlik zamanı ürək-damar sağlamlığına diqqət yetirməyin vacibliyini bildirirlər.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər