Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Bu gün Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə 100-ə yaxın dövlət və özəl təşkilat iştirak edir.
Ağdaşla yanaşı ölkənin digər bölgələrindən olan fermerlər də öz məhsullarını nümayiş etdirirlər. İştirakçılar müxtəlif heyva sortlarını, bu meyvədən hazırlanan mürəbbə və şirniyyatları, milli mətbəx nümunələrini, həmçinin əl işlərini və digər məhsullarını təqdim edirlər.
Festivalda xüsusilə xalçaçılıq və digər sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olur. Tədbirə yerli sakinlərlə yanaşı, müxtəlif bölgələrdən gələn qonaqlar və turistlər də qatılıblar.
Festivalın əsas məqsədi Ağdaşın heyvaçılıq ənənələrini tanıtmaq, yerli istehsalçıların əməyini təşviq etmək, onların məhsullarının satış imkanlarını genişləndirmək və milli-mədəni irsi təbliğ etməkdir.
Oxşar xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Bakı bulvarında Çay Festivalı keçirilir
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













