Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.
"Report"a Müdafiə Nazirliyindən verilən məlumata görə, o, bu barədə Azərbaycan Ordusunda keçirilən kompüter dəstəkli komanda-qərargah təlimində bildirib.
Məlumata görə, Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.
Təlimdə Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.
Müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













