"Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunmuş minifutbol üzrə II "Zəfər kuboku" turniri başa çatıb.
Oktyabrın 4-də start götürən yarışda Birliyin üzv təşkilatlarını təmsil edən 16 komanda mübarizə aparıb. Finalda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Suraxanı Rayon Sukanal İdarəsinin komandaları qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan final oyunu ADSEA komandasının 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, nəticələrə əsasən, birinci yeri ADSEA-nın komandası, ikinci yeri Suraxanı Rayon Sukanal İdarəsinin komandası, üçüncü yeri isə ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin komandası tutub.
Turnirin qaliblərinə kubok və medallar təqdim olunub. "Ən məhsuldar oyunçu" və "Ən yaxşı qapıçı" nominasiyaları üzrə fərqlənən iştirakçılar da mükafatlandırılıblar.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













