Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi
Far.Az xəbər saytı

Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi


Misir Futbol Federasiyası Hossam Həsəni milli komandanın baş məşqçisi vəzifəsindən azad edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssislə yanaşı, onun məşqçi və inzibati heyətinin üzvləri də milli komandadan ayrılıblar.

Federasiya qərarı son vaxtlar milli komandanın nüfuzuna və sabitliyinə mənfi təsir göstərən hadisələrlə əlaqələndirib. Qərara hansı hadisənin səbəb olduğu isə açıqlanmayıb.

Qeyd edək ki, Həsən avqustda ailə qalmaqalının mərkəzində olub. Hoteldə onun iki həyat yoldaşı arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurmaya qohumlar və hotel əməkdaşları da qoşulublar. Hadisə zamanı özünü pis hiss edən və huşunu itirən baş məşqçi xəstəxanaya çatdırılıb.

Misir millisinin baş məşqçisi vəzifəsinə 52 yaşlı Əli Maher təyin edilib. O, daha əvvəl "Seramika Kleopatra" klubuna rəhbərlik edib.

Həsən 2026-cı ilin sentyabrında Misir millisi ilə müqaviləsinin müddətini 2030-cu ilədək uzatmışdı. Onun rəhbərliyi altında Misir dünya çempionatında 92 ildən sonra ilk qələbəsini qazanıb və tarixində ilk dəfə pley-offa yüksələrək 1/8 finala qədər irəliləyib. Komanda bu mərhələdə Argentinaya 2:3 hesabı ilə məğlub olub.

Həsən Misir millisinə 38 oyunda rəhbərlik edib. Komanda bu görüşlərin 21-də qalib gəlib, 10-da heç-heçə edib, 7-də isə məğlub olub.

Oxşar xəbərlər

Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər