Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq
Far.Az xəbər saytı

Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi və xalqının hər zaman Azərbaycanın yanında olmağa, kədərini öz kədəri, sevincini öz sevinci kimi bilməyə davam edəcəyini bəyan edib.

"Far.Az"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Şuşaya gələrkən 7 ayrı tuneldən keçib:

"Bu 7 tunel bölgədə aparılan yenidənqurma, təmir-tikinti işlərini uğurunu ortaya qoyur. Şuşaya gələrkən haradan haraya gəldiyimizin sevincini yaşadıq. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq. Füzuli də fərqli olacaq. Çünki bu işə inanmış, canını qoyan bir lider var. Eyni zamanda komanda var. Bu lider və kadr eyni inancda və qərarlılıqda yoluna davam edir. Şəhidləri ehtiramla yad edirəm, qazilərə şəfa diləyirəm. Azərbaycan xalqını bir daha Zəfər münasibətilə təbrik edirəm".

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Zəfər muzeyinin açılışı olub
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər