Azərbaycanın sement zavodları və metallurgiya müəssisələri karbonun tutulması texnologiyalarına keçəcək
Far.Az xəbər saytı

Azərbaycanın sement zavodları və metallurgiya müəssisələri karbonun tutulması texnologiyalarına keçəcək


Azərbaycanın sənaye sektoru CCUS texnologiyalarının tətbiqi və istehsal proseslərinin elektrikləşdirilməsinə keçid sayəsində karbon intensivliyini azaldacaq.

"Far.Az" xəbər verir ki, bu tədbirlər ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında nəzərdə tutulub.

Qeyri-neft ÜDM-nin 25 %-ə qədərini formalaşdıran və 2022-ci ildə 8,05 milyon ton CO₂ ekv. emissiya edən Azərbaycan sənayesi genişmiqyaslı texnoloji transformasiyadan keçəcək.

2035-ci ilə qədərki dövrdə karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) sahəsində pilot layihələrin həyata keçirilməsi planlaşdırılıb. 2060-cı ilə qədər bu texnologiyalar bütün sement istehsalı şirkətlərində, metallurgiya müəssisələrində (DRI-EAF texnologiyasından istifadə edilməklə), eləcə də SOCAR-ın neft emalı və neft-kimya obyektlərində geniş yayılacaq.

Alüminium sənayesində texnoloji inkişafa uyğun olaraq inert anodların istifadəsinə tam keçid nəzərdə tutulub. Kimya və qida sənayesində qaz qazanları tamamilə elektrik qazanları və yüksək temperaturlu istilik nasosları ilə əvəz ediləcək.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər