Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb
Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatıb.
Far.Az-nın xəbərinə görə, Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4 – 40.6, 44-cü maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edib.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bütün seçki dairələrində müşahidə üçün ərizələrin MSK-ya təqdim edilməsi müddəti başa çatıb
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
Seçki komissiyalarının iclaslarını müşahidə üçün xüsusi icazələrin alınması üzrə müraciət qəbulu başa çatıb
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara start verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib













