Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır
2027-ci ilin dövlət büdcəsində özəlləşdirmədən daxilolmalar üzrə proqnozun artırılmasına baxmayaraq, özəlləşdirmədən yaranmış böyük həcmli borc qalıqları inzibatçılığın gücləndirilməsi hesabına büdcəyə əlavə vəsaitlərin cəlb edilməsi üçün əhəmiyyətli potensialın mövcudluğunu göstərir.
"Far.Az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, 2027-ci ildə Azərbaycanda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 140 milyon manat məbləğində nəzərdə tutulub. Bu da 2026-cı ilin proqnoz göstəricisindən 15 milyon manat və ya 12 % çoxdur.
Sənədə görə, bu ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat vəsait daxil olub. Bu da 2026-cı il üçün illik proqnozun (125 milyon manat) 97,7 %-nə bərabər olmaqla, keçən ilin eyni dövrü ilə müqayisədə (109,9 milyon manat) 12,2 milyon manat və ya 11,1 % çoxdur.
Cari ilin 6 ayında özəlləşdirmədən daxilolmalar üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc üzrə qalıq məbləğ 7 milyon manat azalaraq 79,6 milyon manat təşkil edib.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb













