Tailandda iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, 40-a qədər insan xəsarət alıb
Tailandın Phuket adasının Patonq rayonunda baş verən iri miqyaslı yanğın nəticəsində on bir nəfər ölüb, daha 38 nəfər xəsarət alıb.
"Far.Az"un "Khaosod"a istinadən məlumatına görə, yanğın bazar ertəsinə keçən gecə motosiklet icarəsi mağazasının yaxınlığındakı yanacaq aparatın yaxınlığında baş verib və yaxınlıqdakı binalara yayılıb.
Yanğın beş dördmərtəbəli ticarət binasını əhatə edib. Kirayə mağazasının yaxınlığında park edilmiş bir neçə motosikletə də ziyan dəyib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları gəlib. Alovu söndürmək üçün beş yanğınsöndürmə maşını cəlb edilib. Xilasedicilər yanğını təxminən 40-50 dəqiqə ərzində nəzarət altına alıblar.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə də daxil olmaqla 38 nəfər xəsarət alıb. Zərərçəkənlər Patonq xəstəxanasına aparılıb.
Patonq polis bölməsinin rəisi bildirib ki, ölənlərin sayı 11 nəfərə çatıb.
Yanğının səbəbi və insan ölümlərinin başvermə şəraiti araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda "lizinq" ləğv OLUNUR?
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
"Omid"in bir mağazasının fəaliyyəti qismən MƏHDUDLAŞDIRILIB
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













