Azərbaycan boksçuları IBA Prezident kubokunda mübarizə aparacaqlar
Far.Az xəbər saytı

Azərbaycan boksçuları IBA Prezident kubokunda mübarizə aparacaqlar


Azərbaycan təmsilçiləri bu gün Türkiyənin İstanbul şəhərində start götürən boks üzrə IBA Prezident kubokunda mübarizə aparacaqlar.

Bu barədə "Far.Az"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarışda Azərbaycan idmançıları böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyevlə Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.

Məşqçilər korpusu kubokda Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidova (85 kq) şans verəcəklər.

Yarışın qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək.

İstanbulda Fuad Aslanovla Rövşən Qədirov ölkəmizi hakim kimi təmsil edəcəklər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər