Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib
Far.Az xəbər saytı

Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib


Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi bağlayacaq ki, bu da mövcud şəraitdə Avropanın təhlükəsizliyini təmin etmək üçün atılan zəruri addımdır.

"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə bu qərarı Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab edir.

"Estoniya Rusiya ilə həmsərhəddir. Təəssüf ki, biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini görürük. Hər gün daha çox insan həlak olur. Mən bura birbaşa Kiyevdən gəlmişəm. Orada olduğum sonuncu gecə şəhər ballistik raketlər, dronlar və digər silahlar tətbiq edilməklə kütləvi hücumlara məruz qalıb", - nazir deyib.

O, müharibənin dayandırılmasına nail olmağın zəruriliyini və bu prosesin başladılması üçün ilk addımı Moskvanın atmalı olduğunu vurğulayıb. Bununla yanaşı, onun sözlərinə görə, hələlik Rusiya tərəfindən müvafiq addımlar müşahidə olunmur.

Tsahkna həmçinin Estoniya tərəfinin qiymətləndirməsinə görə Avropada Rusiya ilə əlaqəli təxribatların və digər insidentlərin sayının artmasına diqqət çəkib.

"Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi bağlayacaq. Bu qərar bizi sevindirmir, lakin biz reaksiya verməli və Avropanın təhlükəsizliyinin təmin olunması üzərində işləməliyik. Bu baxımdan necə qətiyyətlə hərəkət etməli və asayişin qorunmasının zəruriliyi barədə bütün regiona hansı mesajı göndərməli olduğumuzla bağlı Azərbaycandan öyrənəcəyimiz çox şey var", - o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər