Maskın “X”inin Britaniyadakı populyarlığı azalır
Amerikan onlayn platforması “Reddit” Birləşmiş Krallıqda ən populyar sosial şəbəkələr arasında amerikalı sahibkar İlon Maskın “X”ini ötərək beşinci yerə yüksəlib.
“Far.Az” a istinadən xəbər verir ki, bu nəticələr “Ofcom” kommunikasiya tənzimləyicisinin hesabatında öz əksini tapıb.
Bu ilin may ayında “Reddit”i 22,9 milyon britaniyalı yetkin istifadəçi ziyarət edibsə, “X”də bu göstərici 22,1 milyondur. Bu, “Reddit”i ölkənin ən sürətlə böyüyən iri sosial şəbəkəsi edir. “Reddit” 2023-cü illə müqayisədə 47 % artım göstərməsi platformanı “LinkedIn” və “X”i ötərək reytinqdə beşinci yerə yüksəlməsinə gətirib çıxarıb. Sosial şəbəkələr arasında lider 44 milyon istifadəçiyə çataraq “Facebook”u ötən “YouTube” qalır. “Reddit”in uğuru “Google” axtarış alqoritminin yenilənməsi ilə bağlıdır ki, bu da orqanik trafikin artmasına yol açıb.
Nəşrin yazısında vurğulanıb ki, “X”in populyarlığı son il ərzində 8 % azalıb ki, bu da kontent moderasiyası problemləri və “Meta”nın “Threads”i tərəfindən rəqabətlə əlaqədardır.
Xatırladaq ki, daha əvvəl “The Guardian” “X”dəki hesablarında yazı dərc etməyəcəyini açıqlamışdı. Səbəb kimi orada rast gəlinən “narahatedici” məzmun, “o cümlədən ultra-sağçı konspiroloji nəzəriyyələr və irqçilik” göstərilib. Hazırda nəşrin yazıları digər sosial platformalarla yanaşı “X”in sürətlə populyarlaşan rəqibi – “Bluesky”da da paylaşılır.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür













