Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib
Far.Az xəbər saytı

Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib


Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.

"Far.Az" bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Bununla əlaqədar hər bir ventilyatorun iş rejimi təsdiq edilib.

Qeyd edək ki, 2018-ci ildən Bakı metropolitenində güclü ventilyatorların işi fəsillərə uyğun prinsiplər əsasında tənzimlənir. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə (aprel və noyabr aylarında) dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeni qayda havalandırma şəraitinə nəzarəti daha da yaxşılaşdırılaraq, dövrü monitorinqlər əsasında ən uyğun prinsiplərlə tənzimləməyə imkan verir.

Yeni qrafik zamanı hava haqqında proqnozlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları, eləcə də gündəlik nəzarət və tənzimləmə mexanizmləri də diqqətdə saxlanılacaq. Bunun əsasında ventilyatorların iş rejiminə bu və digər dəyişikliklər də tətbiq ediləcək.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29 zamanı Bakı metrosunda nəzarət və tənzimləmələr tətbiq ediləcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakı metrosunun 5 stansiyasında nəzarət və tənzimləmələr tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər