Babək rayonunda 10 kənddə su təchizatı və kanalizasiya sistemləri yaradılır
Far.Az xəbər saytı

Babək rayonunda 10 kənddə su təchizatı və kanalizasiya sistemləri yaradılır


Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 10 kənddə su təchizatı və kanalizasiya sistemləri yaradılır.

“Report” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, layihə rayonun Kültəpə, Kərimbəyli, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Sirab, Yarımca, Hacıvar və Badaşqan kəndlərini əhatə edəcək. Hazırda tikinti işlərinin texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanır.

İşlər çərçivəsində təxminən 803 ha ərazidə mühəndis axtarış işləri (geodeziya, topoqrafiya, mühəndis-geoloji işlər və hesabatın hazırlanması) aparılacaq. Su mənbəyi araşdırılacaq və su nümunələri analiz ediləcək.

Bundan başqa, təxminən 4 129 ev üçün mövcud normativ və standardların tələblərinə uyğun su və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihəni icrası zamanı onun ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatı da tərtib olunacaq.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Naxçıvanın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq 
Bakıda Azərbaycan və Qazaxıstan nümayəndələri tikinti sahəsində təcrübə mübadiləsi aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər