Əli Əhmədov: Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir
Far.Az xəbər saytı

Əli Əhmədov: Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir


Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “İctimai Bakıda diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanır:

"İki Dünya müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. İstər Ukraynada, istərsə də Qəzzada gedən müharibələr, dinc sakinlərin öldürülməsi dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir. Ona görə də parlamentlərin rolunu artırmağa ehtiyac var".

Ə.Əhmədov bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib:

"Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər