Rövşən Rüstəmov: "Orta Dəhlizdə yüklər 100 % "yaşıl enerji" ilə daşınacaq"
Far.Az xəbər saytı

Rövşən Rüstəmov: "Orta Dəhlizdə yüklər 100 % "yaşıl enerji" ilə daşınacaq"


Orta Dəhliz üzrə yükdaşımalar 100 % "yaşıl enerji" ilə təmin ediləcək.

"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

"Hazırda dekarbonizasiya ilə bağlı Asiya İnkişaf Bankı ilə birgə layihə həyata keçirilir. Bu günlərdə Bankın missiyası Bakıda idi, onlar dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin razılığını bildirdi. Bununla da biz Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100 % "yaşıl enerji" ilə daşınmasını təmin edəcəyik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb
Avstriya Federal Dəmir Yolları "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər