Ədliyyə naziri: Dərin elmi tədqiqatlara çox böyük ehtiyac var
Far.Az xəbər saytı

Ədliyyə naziri: Dərin elmi tədqiqatlara çox böyük ehtiyac var


Azərbaycanda dərin elmi tədqiqatlara çox böyük ehtiyac var.

“Far.Az”un məlumatına görə, bu fikirləri ədliyyə naziri Fərid Əhmədov ADA Universitetində LL.M proqramının açılışında deyib.

Nazir Azərbaycanda hüquq peşəsinin artıq bir məslək kimi kifayət qədər inkişaf etdiyini vurğulayıb.

“Elm olaraq hüquq sahəsinin inkişafı üçün atılacaq addımlar var ki, onlardan biri də, bəlkə də, əsası da elə bu proqramdır”.

Fərid Əhmədov Azərbaycanda hüquq sistemində milli kimliyin formalaşmağa başladığını əlavə edib:

“Sözsüz ki, burada norma yaratma subyektlərinin, bilavasitə məhkəmələrin rolu danılmazdır. Eləcə də bu istiqamətdə alimlərimizin xidmətlərini unutmamalıyıq”.

Ədliyyə naziri çıxışının yekununda nazirlik adından bütün universitetlərə, o cümlədən onların hüquq fakültələrinə lazımi dəstəyi verə biləcəklərini ifadə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər