Selcan Mahsudova: "Dünya Kubokunda qızıl medal qazanmaq özümə inamımı bir qədər də artırdı"
Far.Az xəbər saytı

Selcan Mahsudova: "Dünya Kubokunda qızıl medal qazanmaq özümə inamımı bir qədər də artırdı"


Dünya Kubokunda qızıl medal qazanmaq batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudovanın özünəinamını bir qədər də artırıb.

Bu barədə "Report"a 23 yaşlı idmançı açıqlama verib.

O, Almaniyanın Kotbus şəhərində keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Dünya çempionatı öncəsi belə bir nəticə əldə etmək məni çox sevindirdi və özümə inamımı bir qədər də artırdı. Dünya Kubokunda ilk dəfə deyil ki, qızıl medal qazanıram. Buna baxmayaraq, hər bir medal mənim üçün çox önəmlidir. Bu, iki qızıl medal qazandığım ilk Dünya Kuboku idi. Həm fərdi, həm də qarışıq sinxron proqramda birinci oldum".

S.Mahsudova iki həftə sonra dünya çempionatının başlayacağını xatırladıb:

"İl ərzində əsas hazırlığı məhz bu yarışa yönəltmişik. Məqsədim dünya çempionatında medal qazanmaqdır. Dünya Kuboku seriyasında qarışıq sinxron proqram üzrə qalib olmaq bizim üçün ilkdir. Bu, çox sevindirici nəticədir. Qarşıdakı əsas hədəfimiz dünya çempionatında medal qazanmaqdır".

Xatırladaq ki, Selcan Mahsudova fərdi proqramda 55.540 xalla qızıl mükafata sahib çıxıb. Bundan əlavə, Maqsud Mahsudov və Selcan Mahsudova mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələrlə qarışıq sinxron proqramında qızıl medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər