Meksika həbsxanasında silahlı qiyam baş verib, yeddi nəfər ölüb
Far.Az xəbər saytı

Meksika həbsxanasında silahlı qiyam baş verib, yeddi nəfər ölüb


Meksikanın cənubundakı həbsxanada iki məhbusun köçürülməsi zamanı qiyam baş verib.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, digər məhbuslar iki məhkumun başqa həbsxanaya köçürülməsinə qarşı çıxıblar. Onlar mebel və zibili yandırıb, daha sonra həbsxana əməkdaşlarına atəş açıblar. Hadisə nəticəsində yeddi nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Yaralananlar arasında dörd polis əməkdaşı olub.

Məhbuslarla polis arasında toqquşmalar bir neçə saat davam edib. Əməliyyat nəticəsində polis məhbuslardan bir tüfəng, beş tapança, qumbara,14 bıçaq, həmçinin əldəqayrılma silahlar, patronlar, mobil telefonlar və s. müsadirə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub - FOTO
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər