Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır.
Far.Az-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib.
Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir. Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib.
Şöbə müdiri qeyd edib ki, sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir.
"Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır", - Fəryaz Rüstəmov bildirib.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb
Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib - FOTO
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













