Çin MN: ABŞ Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün əlindən gələni edir
Far.Az xəbər saytı

Çin MN: ABŞ Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün əlindən gələni edir


ABŞ Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün maksimum səy göstərir.

“Report” xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi Çjan Syaoqan Pentaqonun Çinin hərbi gücü haqqında hesabatına münasibət bildirərkən deyib.

“Pentaqonun hesabatında Çinin milli müdafiə siyasəti yanlış şərh edilir, ölkənin daxili işlərinə kobud müdaxilə olunur. Üstəlik, Pentaqon bu hesabatla “Çin təhlükəsi” haqqında narrativ yayaraq Çin Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün əlindən gələni edir. Biz bununla bağlı dərin narazılığımızı və qəti etirazımızı bildiririk”, - o qeyd edib.

Xatırladaq ki, dekabrın 18-də Pentaqon Çinin hərbi gücünə dair illik hesabat dərc edib. Sənəddə qeyd olunub ki, Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
ABŞ Çinin malik olduğu nüvə başlıqlı raketlərin sayını açıqlayıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər