"Abzas Media" işində təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub
Far.Az xəbər saytı

"Abzas Media" işində təqsirləndirilənlərin məhkəməsində ittiham aktı elan olunub


"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə heyətinə etiraz ediblər.

Məhkəmə vəsatəti təmin etməyib, daha sonra məhkəmə istintaqı açıq elan edilib.

Təqsirləndirilən şəxslər jurnalistlərin məhkəməyə buraxılmasının təmin edilməsini istəyib, vəsatət təmin olunub.

Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib, ittiham olunan şəxslər özlərini təqsirli bilməyiblər.

Növbəti proses yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Oxşar xəbərlər

“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - YENİLƏNİB 2
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb - YENİLƏNİB
“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər