“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb - YENİLƏNİB
“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
“Report” xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.
"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
“Report” xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.
Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra "Abzas Media"nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.
Oxşar xəbərlər
“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb
Anar Məmmədlinin həbs müddəti uzadılıb
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Qubada qaydaları pozan qazilər həbs edildilər













