İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir
2025-ci il yanvarın 2-nə olan məlumata görə, dünyanın ən varlı 10 adamının siyahısına “Tesla” və “SpaceX”ın rəhbəri İlon Mask başçılıq edib, onun sərvəti 432 milyard dollar təşkil edir.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin versiyasına görə, ikinci yerdə 239 milyard dollarla “Amazon”un qurucusu Ceff Bezos, növbəti pillələrdə isə “Meta”nın rəhbəri Mark Zukerberq (270 milyard dollar), “Oracle”ın həmtəsisçisi Larri Ellison (192 milyard dollar) və LVMH şirkətlər qrupunun prezidenti Bernar Arno (176 milyard dollar) qərarlaşıb.
Siyahıya həmçinin “Google”un həmtəsisçisi Larri Peyc (168 milyard dollar), “Microsoft”un həmtəsisçisi Bill Qeyts (159 milyard dollar), “Google”un həmtəsisçisi Sergey Brin (158 milyard dollar), “Microsoft”un keçmiş rəhbəri Stiv Balmer (147 milyard dollar) və “Berkshire Hathaway”in Direktorlar Şurasının sədri Uorren Baffet (142 milyard dollar) daxildir.
2024-cü ilin yekunları üzrə dünyanın ən varlı 500 adamının ümumi sərvəti 10 trilyon dolları ötüb. Reytinqin liderləri Mask, Zukerberq və “Nvidia”nın direktoru Censen Huanq olub.
Noyabrda ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra ən varlı insanların aktivləri bir gün ərzində 63,5 milyard dollar artıb.
Oxşar xəbərlər
Toyota Prius: Hibrid Avtomobillərin atası
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Bloomberg": Mask 400 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olub
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













