Azərbaycan XİN: ABŞ-dəki hücumu qətiyyətlə pisləyirik
Far.Az xəbər saytı

Azərbaycan XİN: ABŞ-dəki hücumu qətiyyətlə pisləyirik


Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən hadisəni qətiyyətlə pisləyib.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabındakı paylaşımda yer alıb.

“Düşüncələrimiz və dualarımız qurbanlar, onların ailələri və yaxınları ilədir. Azərbaycan bütün terror aktlarını istənilən formada və formada qeyd-şərtsiz pisləyir", - XİN-dən bildirilib.

Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Nyu-Orleanda sürücünün maşınını insanların üzərinə qəsdən sürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
FTB: Luizianada avtomobilin insanların üzərinə sürülməsi terror aktı kimi təhqiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər