KİV: ABŞ kürdləri dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir
ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstək çərçivəsində bu ölkənin şimalındakı Kobani şəhəri yaxınlığında hərbi baza tikir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Yerli mənbələr ABŞ-nin qonşu İraqdakı bazanı tərk etdiyini, beton bloklar və digər materialları isə Kobani kimi də tanınan Əyn əl-Ərəbə göndərdiyini bildiriblər”, - qəzet yazıb.
Həmçinin bu ərazidə işləyən jurnalistlər bildiriblər ki, beton konstruksiyaların tikintisi üçün lazım olan bloklar üzərində ABŞ bayraqları olan 13 yük maşını ilə Kobaniyə gətirilib.
“Sabah” xatırladıb ki, ABŞ daha əvvəl bu həftənin əvvəlində onlarla “Bradley” tipli piyadaların döyüş maşınını, hava hücumundan müdafiə sistemlərini və zirehli texnikanı əraziyə yerləşdirib.
Qəzet onu da yazıb ki, Türkiyə hökuməti Ankaranın PKK və YPG ilə bağlı addımlarında Suriyanın yeni administrasiyasına güvənir. Eyni zamanda, Türkiyə bölgədəki kürd qruplaşmalarının silahı yerə qoymayacağı təqdirdə, hərbi əməliyyatlara başlayacağını bəyan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













