Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub
Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.
"Far.Az" xəbər verir ki, Oleq Kravivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun icratına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.
"Oleq Bakinski" ilə bərabər, Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonoviç də təqsirləndirilən şəxs qismində tanınıb.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.
İdarənin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
“ƏDV geri al” sistemi vasitəsilə 1,2 milyon manatlıq oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Bir milyon manatdan çox dələduzluqla əlaqədar məhkəmədə bəraət alan şəxslə bağlı protest verilib
Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar













