Biləsuvar-Bəhrəmtəpə yolunda qəzaların qarşısının alınması məqsədilə xüsusi texniki qurğular quraşdırılacaq
Far.Az xəbər saytı

Biləsuvar-Bəhrəmtəpə yolunda qəzaların qarşısının alınması məqsədilə xüsusi texniki qurğular quraşdırılacaq


Biləsuvar-Bəhrəmtəpə yolunda qəzaların qarşısının alınması məqsədilə 4 ədəd xüsusi texniki qurğu quraşdırılacaq.

Bunu “Report”un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulub, müvafiq yol nişanları quraşdırılıb, nişanlama xətləri çəkilib, iki yerdə nəzarət-ölçü cihazı istismara verilib:

"Yolda ərazi polis orqanının Dövlət Yol Polisi tərəfindən sutkalıq xidmət aparılır, habelə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq ərazidə qəzalılıq vəziyyəti öyrənilir, təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda nizamlama vasitəsi qismində əlavə 4 ədəd xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və yaxın vaxtlarda həmin vasitələrin quraşdırılmasına başlanılacaq”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər