Ötən il ARDNF AÇG-nin işlənməsindən 6 milyard dollardan çox gəlir əldə edib
Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə "Far.Az"a Fonddan məlumat verilib.
Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və yaxud 10,73 % azdır.
2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.
Oxşar xəbərlər
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bu il ARDNF AÇG-nin işlənməsindən 5,5 milyard dollardan çox gəlir əldə edib
Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













