“Airbus” keçən il müştərilərə 766 təyyarə təhvil verib
Far.Az xəbər saytı

“Airbus” keçən il müştərilərə 766 təyyarə təhvil verib


Avropa təyyarə istehsalçısı “Airbus” 2024-cü ildə 86 sifarişçiyə 766 kommersiya təyyarəsi təhvil verib.

“Far.Az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ən populyar məhsul A320 ailəsi olub: 2023-cü ildə qeydə alınmış 571 təhvil göstəricisini üstələyərək 602 təyyarə təhvil verilib.

“Təhvil vermələrə gəldikdə, biz istiqamətimizi qoruyub saxladıq və bir neçə əlamətdar ilk nailiyyətləri qeyd etdik. Bunlara tarixdə ilk A321XLR, həmçinin dünya üzrə bir neçə müştəriyə ilk A330neo və A350 təhvilləri daxildir”, – kommersiya təyyarələri bölməsinin baş direktoru Kristian Şerer bildirib.

Şirkət 2024-cü ilin maliyyə nəticələrini fevralın 20-də açıqlamağı planlaşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər