Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Far.Az xəbər saytı

Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi - “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi - “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə iki Lotda martın 4-də baxılacaq.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər