Azərbaycanda BOEM layihələrinə dövlət payının maliyyələşdirilməsi üçün ayrılan vəsait açıqlanıb
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) ötürücü şəbəkəyə qoşulması üçün 2022-2023-cü illərdə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 56,8 milyon manat məbləğində vəsait ödənilib.
Bu barədə “Far.Az” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” GES-in inşası üzrə Azərbaycan tərəfinin payı 102 milyon manat təşkil edir. Həmin vəsaitin bugünədək 47 milyon manat hissəsi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi” işləri üçün bugünədək dövlət büdcəsindən 43,05 milyon manat ayrılıb.
Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında 2022-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən 1 QVt gücündə tikiləcək külək və günəş elektrik stansiyalarının elektrikötürücü şəbəkəyə inteqrasiyası tədbirləri üzrə 2025-ci ilin dövlət büdcəsindən 50 milyon manat məbləğində vəsaitin “Azərenerji” ASC-yə ayrılması nəzərdə tutulur.
Oxşar xəbərlər
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
“ACWA Power”in Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına ayırdığı vəsait açıqlanıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













