Rusiya kömürünün ixracı sanksiyalar və dəmiryol problemləri səbəbindən 6 illik minimuma düşüb
Rusiyanın kömür şirkətləri üç il dalbadal yenidən ixracatın azalması ilə üzləşiblər.
“Report” xəbər verir ki, bu barədə qəzeti “Argus” beynəlxalq qiymətləndirmə agentliyinin icmalına istinadən məlumat yayıb.
Ötən ilin nəticələrinə görə, kömür şirkətləri xarici bazarlara 195 milyon ton məhsul satıblar ki, bu da öncəki illə müqayisədə 17,5 milyon ton, 2022-ci illə müqayisədə isə 26,2 ton az olub.
Müharibədən əvvəlki 2021-ci illə (223,4 milyon ton) müqayisədə Rusiyadan kömür ixracı 13 % azalıb və hazırkı həcmlər son 6 ilin ən aşağı göstəricisi olub. 2020-ci ildə 211 milyon ton, 2019-cu ildə 199 milyon ton, 2018-ci ildə isə 193 milyon ton kömür ixrac edilib.
“Argus” analitiklərinin qeyd etdiyi kimi, sanksiyalar ixrac tədarükünə mənfi təsir göstərməyə davam edir: neft və qazdan fərqli olaraq, Avropa kömürə tam embarqo tətbiq edib, ən böyük kömür şirkətləri – SUEK və “Mechel” ABŞ-nin sanksiya siyahısına daxil edilib.
“Argus”a görə, vəziyyəti “iqtisadiyyatın Şərqə üzə döndərməyə” hazır olmayan dəmir yollarındakı problemlər daha da ağırlaşdırıb. Yük axınının artması fonunda lokomotiv və maşinist çatışmazlığı Rusiya Dəmir Yollarını (RDY) nəqliyyat kollapsının astanasına gətirib: şəbəkədə orta hərəkət sürəti 35 km/saatdan aşağı düşüb və 1991-ci ildən bəri minimum həddə çatıb.
Ötən ay ə danışan top-menecerlərə görə, dəmir yollarındakı tıxaclar səbəbindən bir neçə kömür şirkəti plana uyğun ixrac tədarükünü həyata keçirə bilməyib.
Kömürün ixrac qiymətləri 7 ilin ən aşağı səviyyəsinə düşüb. Nəticədə Rusiyadakı kömür şirkətlərinin yarıdan çoxu zərərə düşüb və bütün sektor ili mənfi maliyyə nəticəsi ilə başa vurub: “Rosstat”ın yanvar-oktyabr məlumatlarına görə, balanslaşdırılmış zərər 81 milyard rubl təşkil edib.
Xarici bazarlardan sanksiyalarla kəsilən kömür şirkətləri hasilatı azaltmağa başlayıblar. Əsas kömür regionu olan Kemerovo vilayətində ötən ilin nəticələrinə görə hasilat 15,8 milyon ton azalaraq 198,4 milyon tona düşüb. Regionun kömür ixracı 10 % azalaraq 102 milyon ton təşkil edib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













