“TikTok” ABŞ-də fəaliyyətini dayandırır
Far.Az xəbər saytı

“TikTok” ABŞ-də fəaliyyətini dayandırır


Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən “TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.

Bazar günü “TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin “Apple” və “Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.

Eyni zamanda, qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmurlmir. CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə girişi saxlamaq imkanı verilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər