İsrail Qəzzada azad olunan girovların ilk hissəsini qəbul etməyə hazırlaşır
Far.Az xəbər saytı

İsrail Qəzzada azad olunan girovların ilk hissəsini qəbul etməyə hazırlaşır


Qəzza zolağında atəşkəs və orada saxlanılan israilli əsirlərin azad edilməsinə dair razılaşmanın yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə saat 10:30) qüvvəyə minməsi gözlənilir.

"Far.Az"un TASS-a istinadən verdiyi məlumata görə, İsrail hakimiyyəti bir ildən çoxdur fələstinli radikallarla birlikdə əsirlikdə olanların ilk qrupunu qəbul etməyə hazırlaşır.

Əldə olunan razılaşmalara əsasən birinci qrup üç nəfərdən ibarət olmalıdır. Yanvarın 18-də axşam saatlarında ilk olaraq azad ediləcək əsirlərin adları açıqlanmır.

Dünən İsrail Ordusu azad edilənlərdən birinci hissəsini qarşılamaq üçün hazırlıq gördüyünü bildirib. Ordunun Mətbuat xidməti bildirib ki, hərbçilər onlara “hər bir detala diqqətlə yanaşaraq, müvafiq fiziki və psixoloji dəstək verəcək”.

Eyni zamanda, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi atəşkəs rejiminin qüvvəyə minməsi şərtləri ilə “cənub istiqamətində müdafiə planlarını” təsdiqləyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər