Almaniya kansleri: Bayram günlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək
Almaniya kansleri Olaf Şolts, avtomobilin Maqdeburqda (Saksoniya-Anhalt) Milad bazarına gələnləri vurmasından təxminən bir ay sonra, bayram günlərində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
Bu barədə "Far.Az" DPA agentliyinə istinadən xəbər verir.
“Ölkəmizin küçələrində, meydanlarda və festivallarda təhlükəsizliyin daha da artırılması üçün mümkün olan hər şeyi edəcəyik”, - Şolts Hamburqda keçirilən konfransda deyib.
Bundan başqa, kanslerin sözlərinə görə, Almaniya hökuməti Maqdeburqda zərər çəkənlərə və həlak olanların ailələrinə maliyyə dəstəyi verəcək. Şolts vurğulayıb ki, bu, terror hücumlarının qurbanları ilə eyni dərəcədə edilməlidir.
Xatırladaq ki, dekabrın 20-də axşam saatlarında bir nəfər avtomobilini qəsdən Milad bazarında insanların üstünə sürüb. Hadisə nəticəsində 6 nəfər ölüb, 299 nəfər yaralanıb. Şübhəli 1974-cü il təvəllüdlü Taleb A. Səudiyyə Ərəbistanındandır. O, hadisə yerində yaxalanıb. Həmin şəxs 2006-cı ildə Almaniyaya gəlib, 2016-cı ildə siyasi qaçqın statusu alıb və Bernburq şəhərində həkim işləyib.
Cinayətkar həbs edilib, istintaq təcridxanasındadır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Almaniyada terror aktı nəticəsində dörd nəfər ölüb, yaralıların sayı 200-ü keçib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













