Trampın yeni məhdudiyyətləri narazılıq doğurub
ABŞ-nin hüquq müdafiə təşkilatları Prezident Donald Trampın administrasiyasına qarşı doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərmanla bağlı Nyu-Hempşir ştatının məhkəməsinə müraciət ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Vətəndaş Azadlığının Müdafiəsi İttifaqı (ACLU) məlumat verib.
"Mühacir hüquqlarının müdafiəçiləri Tramp administrasiyasına qarşı iddia qaldırıblar. Buna səbəb ABŞ-də dünyaya gələn bəzi körpələri ABŞ vətəndaşlığından məhrum etməyi nəzərdə tutan icra fərmandır", - ACLU-nun bəyanatında bildirilib.
İttifaqın rəhbəri Entoni Romero qeyd edib ki, ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsindən imtina təkcə konstitusiyaya zidd deyil, həm də ölkə dəyərlərindən ağılsızca və amansız imtinadır: “Doğum hüququ ilə vətəndaşlıq ABŞ-nin gücünün və dinamikliyinin tərkib hissələrindən biridir. Biz yeni doğulmuşlara və gələcək Amerika nəsillərinə qarşı bu hücumu cavabsız qoymayacağıq".
Xatırladaq ki, Tramp daha əvvəl doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında icra fərmanı imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, fərman qeyri-qanuni miqrantların uşaqları üçün bu cür məhdudiyyətləri nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













