KİV: Trampın prezidentliyi müddətində ABŞ və Çin arasında rəqabət kəskinləşəcək
Far.Az xəbər saytı

KİV: Trampın prezidentliyi müddətində ABŞ və Çin arasında rəqabət kəskinləşəcək


ABŞ Prezidenti Donald Trampın Marsın tədqiqi və mənimsənilməsi yarışına rəhbərlik etmək vədi Birləşmiş Ştatlar və Çin arasında kosmosda rəqabətin kəskinləşəcəyini göstərir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti yazır.

Ekspertlərin fikrincə, bu rəqabət mütləq qarşıdurma xarakterli olmayacaq.

Qəzetin istinad etdiyi Çikaqo Universitetinin politoloqu Yan Dali hesab edir ki, belə rəqabət Çinə "ABŞ-dən öyrənmək" imkanı verə bilər. O bildirib ki, bu yarış "mahiyyətinə görə mütləq intensiv və ya qarşıdurma xarakterli olmaya bilər və bu, bizim adətən təsəvvür etdiyimiz mənfi rəqabət növü deyil".

Ekspert xatırladıb ki, iş adamı İlon Mask hesab edir ki, kosmosun tədqiqi hansı ölkənin həyata keçirməsindən asılı olmayaraq, bəşər sivilizasiyasının inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Rəqabət qarşılıqlı öyrənmə prosesidir, Çin şirkətləri "Maskdan öyrənir və təkrar istifadə oluna bilən raketlər hazırlayaraq ona yetişirlər”.

Qeyd edək ki, Tramp Konqresdəki inauqurasiya nitqində ABŞ-nin amerikalı astronavtları Mars planetinə ulduzlu- zolaqlı bayrağı yerləşdirmək üçün göndərməklə ulduzlara çatacağını deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər