Almaniyada parkda bıçaqlı hücum olub, iki nəfər ölüb
Far.Az xəbər saytı

Almaniyada parkda bıçaqlı hücum olub, iki nəfər ölüb


Almaniyanın cənubundakı Aşaffenburq şəhərində parkda bıçaqlı hücum nəticəsində biri uşaq olmaqla, azı iki nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

İlkin məlumata görə, Bakı vaxtı ilə saat 14:45-də bir neçə nəfər, o cümlədən uşaq bağçasından olan bir qrup bıçaqlanıb.

Daha sonra polis 41 yaşlı kişi və 2 yaşlı uşağın ölümü barədə məlumat verib. Bundan əlavə, polisin məlumatına görə, xəstəxanadakı iki yaralının vəziyyəti ağırdır.

“Bild” yazıb ki, şübhəli şəxs saxlanılıb. Nəşr qeyd edib ki, o, əvvəllər psixoloji problemlərdən əziyyət çəkən 28 yaşlı Əfqanıstan vətəndaşıdır.

Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər