İsrail Livandan qoşunların çıxarılması prosesini dayandırmayacaq
Far.Az xəbər saytı

İsrail Livandan qoşunların çıxarılması prosesini dayandırmayacaq


İsrail qoşunlarının Livanın cənub hissəsindən çıxarılması prosesi ötən il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması ilə müəyyən edilmiş 60 günlük müddət başa çatdıqdan sonra davam etdiriləcək, çünki Livan razılaşmanın şərtlərini hələ tam yerinə yetirməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Livanda atəşkəs razılaşması çərçivəsində İsrail Müdafiə Ordusunun 60 gün ərzində tədricən çıxarılmalı olduğu müəyyən edilib. Bu bənd çıxarılma prosesinin 60 gündən çox vaxt apara biləcəyi ilə əlaqədar formalaşdırılıb. Atəşkəs razılaşması Livan tərəfindən hələ tam yerinə yetirilmədiyi üçün qoşunların tədricən çıxarılması prosesi ABŞ ilə tam razılaşdırılmaqla davam edəcək", - bəyanatda bildirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər