Suriyada naməlum silahlılar mülki sakinləri öldürüblər
Suriyada hərbi geyimdə olan naməlum silahlılar Homs şəhəri yaxınlığında (Dəməşqdən 160 km aralıda) 13 mülki sakini qətlə yetiriblər.
“Report” xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, silahlılar daha 53 nəfəri girov götürərək naməlum istiqamətə aparıblar. Hadisə ilə əlaqədar Homs əyalətinin qubernatoru Əbdül Rəhman əl-Aama Məryəmin qəsəbəsinə baş çəkib və sakinlərə məlumat verib ki, hakimiyyət orqanları onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüblər.
Onun sözlərinə görə, cinayəti törədən cinayətkarlar tapılaraq cəzalarını alacaqlar. Qubernator dini ziyarətgahlara edilən hücumları da pisləyib.
O bildirib ki, cinayətlər özlərini təhlükəsizlik qüvvələri kimi təqdim edən cinayətkar qrupun üzvləri tərəfindən törədilib: “Artıq bir neçə şübhəli saxlanılıb, qalanlarının axtarışı davam etdirilir. Hakimiyyət belə hadisələrin bir daha təkrar olunmayacağına zəmanət verir”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













